COP29-a qədər quru sərhədlər açıla bilər?

"Düşünürəm ki, COP29-dan əvvəl - oktyabr ayında quru sərhədlərin açılması doğru bir qərar olar". Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, bunun səbəblərini belə izah edib:
"Azərbaycana çox sayda qonaq gələcək. Onların hamısının təyyarə ilə gəlməsi də mümkün deyil. Həmin şəxslər Azərbaycana quru sərhədlər vasitəsi ilə gələ bilərlər. Bunun üçün də onlara şərait yaradılmalıdır. Hətta bildiyimə görə, dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan COP29-la bağlı veloyürüş də təşkil etmək istəyir. Belə bir ənənə də var. Quru sərhədlərin açıq olması həmin yürüşün də Gürcüstan üzərindən Azərbaycana daxil olmasına şərait yarada bilər. Bu ölkənin iqtisadiyyatına və imicinə də müsbət təsir göstərəcək. Ölkə daxilində insanların psixoloji rahatlığına da səbəb olacaq. Ona görə də ümid etmək istəyərdim ki, oktyabrın 1-də quru sərhədlərin açılması ilə bağlı qərar veriləcək".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











