COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışıldı - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qlobal İqlim Fəaliyyəti üzrə Mərakeş Tərəfdaşlığının Nəqliyyat üzrə əlaqələndirici qrupunun təşkilatçılığı ilə “Nəqliyyat üçün ambisiyalar: Ədalətli və bərabər 1,5°C gələcəyə doğru irəli” mövzusunda tədbir keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Avtoser.az-a verilən məlumata görə, tədbirin əsas müzakirə mövzuları COP29 çərçivəsində tərəfdaş ölkələr tərəfindən dekarbonizasiya üzrə yol xəritəsinin hazırlanmasına və şəhər mobilliyi sistemlərinin inkişafına həsr olunub.
Panel müzakirələrində iştirak edən ADY sədrinin müşaviri Tural Abbaslı bildirib ki, Azərbaycan Dəmir Yolları Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində hədəflərə çatmaq üçün karbon emissiyalarının azaldılması, dəmir yollarının elektrikləşdirilməsi və istehsalatda alternativ enerji mənbələrinə keçid kimi nailiyyətlər əldə edib. Belə ki, 2023-cü ildən etibarən ADY enerji istehlakını 5%, təbii qaz istehlakını 16%, su sərfiyyatını 23%, karbon emissiyasını isə 9% azaltmağa müvəffəq olub. Ötən il sərnişinlərin 100%-nin, yüklərin isə 80%-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.
ADY sədrinin müşaviri qeyd edib ki, Azərbaycan dəmir yollarında əməliyyatların səmərəliliyi və dekarbonizasiya istiqamətində atılan ilk addımlardan biri əməliyyatların rəqəmsallaşdırılması olub. Bunun nəticəsində yanacaq sərfiyyatı azaldılıb, kağızsız əməliyyatlar daha geniş tətbiq olunur. Eyni zamanda, Azərbaycanda şəhər mobilliyinin təmin olunması üçün nəqliyyat qurumları arasında səmərəli koordinasiya təşkil olunur, həmçinin elektrik qatarları ilə sərnişindaşımalara dövlət subsidiyalarının ayrılması mərhələli şəkildə öz həllini tapır.
T.Abbaslı əlavə edib ki, innovativ həllər nəticəsində əməliyyatlarda aşağı emissiyalara nail olmaq üçün atılan addımlardan biri ADY-də Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması olub.
Tədbirdə çıxış edən beynəlxalq təşkilatların nümayəndələri COP29 çərçivəsində nəqliyyatda 1,5°C hədəfinə çatmaq məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqinin vacibliyini vurğulayıb, iqlim maliyyələşməsi üçün dövlət və özəl sektora çağırışlar ediblər.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır













