COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək

COP29 çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") "İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti"ni keçirəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilir ki, tədbir 20 qlobal kosmik agentliyin rəhbər komandalarını, Birləşmiş Millətlər Təşkilatının Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası, Millətlər Birliyi kimi beynəlxalq təşkilatları, eləcə də özəl sektorun liderlərini bir araya gətirəcək.
Sammitin məqsədi - kosmik texnologiyaların imkanlarından istifadə edərək iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal kosmos agentliklərini bir araya gətirməkdir. Birgə fəaliyyət planları və əməkdaşlıq vasitəsilə bu tədbir, kosmik texnologiyaların unikal imkanlarından faydalanaraq, iqlim problemlərinin həllinə yönəlib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











