COP29 çərçivəsində nazirlərin dəyirmi masası keçiriləcək

Noyabrın 20-də COP29 çərçivəsində keçiriləcək “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarında davamlılığı, rəqəmsallaşmanı təşviq etmək üçün bu istiqamətdə son nailiyyətlər, təşəbbüslər müzakirə olunacaq.
Avtosfer.az xəbər verir ki, tədbir dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirə aparmaq üçün yüksəksəviyyəli platforma rolunu oynayacaq.
Dəyirmi masa maraqlı tərəfləri Orta Dəhlizin davamlı, səmərəli və rəqəmsal nəqliyyat marşrutu kimi inkişafı üçün əməkdaşlığa təşviq edəcək.
Tədbir iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinə dəstək verəcək.
Dəyirmi masanın nəticələrindən dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizləri ilə bağlı gələcək regional dialoqların formalaşdırılmasında istifadə olunacaq.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











