“COP29 ictimai nəqliyyatın inkişafına əlavə stimullar yaradıb” - FOTO

Oktyabrın 23-də “Paşabank”ın təşkilatçılığı ilə "Azərbaycanda iqlim maliyyəsi - Davamlı iqtisadi inkişaf yolları" adlı panel-konfrans keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə bankın rəhbərliyi, dövlət rəsmiləri, özəl sektorun nümayəndələri iştirak edib.
Konfransda çıxış edən "Xaliq Faiqoğlu" şirkətinin rəhbəri Faiq Seyidov COP29-un Bakıda keçirilməsinin böyük tarixi hadisə olduğunu bildirərək bu tədbirin bir çox sahələrin, eləcə də ictimai nəqliyyatın fəaliyyətinə və inkişafına əlavə stimullar yaratdığını deyib. İqlim maliyyəsinin əhəmiyyəti, karbon emissiyalarının azaldılması, ictimai nəqliyyatın təşviqi, son illərdə həyata keçirilən işlər barədə ətraflı məlumat verən şirkət rəhbəri yeni layihələrin həyata keçiriləcəyini qeyd edib.
Şirkət rəhbəri “Paşabank”ın özəl sektora verdiyi dəstəyi vurğulayıb və birgə fəaliyyətin uğurlu nəticələrə səbəb olduğunu deyib. Qeyd edilib ki, “Xaliq Faiqoğlu” şirkəti “Paşabank”ın maliyyə dəstəyi ilə avtobus parkının yenilənməsi ilə bağlı indiyədək bir neçə layihə həyata keçirib, Bakıya ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitəsi olan CNG tipli avtobuslar gətirilərək xidmətə verilib. Növbəti mərhələdə isə elektrik avtobuslarının paytaxta gətirilərək əhalinin xidmətinə verilməsini planlaşdırır və noyabr ayında bu nəqliyyat vasitələrinin bir qismi artıq Bakıda olacaq.
Faiq Seyidov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi yeniliklərin, xüsusilə avtobus və velosiped zolaqlarının əhəmiyyətini də vurğulayıb, bu addımların davamlı olacağına inandığını ifadə edib.
Tədbir qarşılıq müzakirələrlə davam etdirilib.




Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











