COP29-la bağlı Azərbaycan XİN-nin səlahiyyətləri artırıldı - FƏRMAN

COP29 10 Oktyabr 2024 19:48 Oxunub 162
COP29-la bağlı Azərbaycan XİN-nin səlahiyyətləri artırıldı - FƏRMAN
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Respublikası Hökuməti ilə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu təsdiq edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmanla, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh