Banner

COP29 QHT Koalisiyası hibrid görüş keçirib

COP29 27 Dekabr 2024 21:54 Oxunub 134
COP29 QHT Koalisiyası hibrid görüş keçirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

100-ə yaxın ölkədən 500-dən çox QHT-ni özündə birləşdirən COP29 QHT Koalisiyası 2024-cü il dekabrın 27-sində növbəti hibrid görüşünü keçirib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, COP29 QHT Koalisiyasında təmsil olunan QHT-lər ilk öncə “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

Daha sonra COP29-a Azərbaycanın yüksək səviyyədə liderlik etməsi təqdir olunub. COP29 QHT Koalisiyasının “Bakı dönüşü” ilə əlaqədar bəyanatında ifadə edildiyi kimi,

Azərbaycanın COP29 sədrliyi altında yeni iqlim maliyyəsinin müəyyən olunması, Paris Sazişinin 6-cı maddəsinin işə salınması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması kimi vacib əhəmiyyət kəsb edən qərarların qəbul edilməsini mühüm irəliləyiş hesab ediblər.

COP29 QHT Koalisiyasının təşəbbüskarı olan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Azərbaycana təyyarə qəzası ilə əlaqədar başsağlığına görə dərin minnətdarlıq edib. Həmçinin COP29 prosesi boyunca Koalisiyanın mühüm iş apardığını, olduqca faydalı müzakirələr keçirdiyi bildirib, buna görə Koalisiyanın hər bir üzvünə təşəkkür edib. Moderator R.İskəndərli daha sonra gündəlik barədə məlumat verib.

Görüşdə İtki və Zərər Fondunun mexanizmləri müzakirə olunub və Koalisiyanın növbəti addımlarına dair təkliflər səsləndirilib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, İtki və Zərər Fondunun fəaliyyətə başlaması iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalmış ölkələrə, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə, ən az inkişaf etmiş ölkələrə maliyyə yardımını nəzərdə tutur. Fondun 2025-ci ildən layihələri maliyyələşdirməyə başlaması gözlənilir.

Koalisiyanın müxtəlif ölkələrdən olan təmsilçiləri- Qaiser Navab, Filip Kilonzo, Sesilia Alvarez, Uzodinma Adireje, Peter Oviti, Emmanuel Esio və digərləri çıxış edərək COP29-un indiyədək həm təşkilatçılıq, həm də verilən qərarların əhəmiyyəti baxımından ən yüksək səviyyəli COP tədbiri olduğunu qeyd ediblər, Azərbaycan xalqına qonaqpərvərliyinə görə təşəkkürlərini çatdırıblar.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov qarşıda duran məsələlər barədə çıxış edib.

Görüşdə qeyd olunub ki, COP29 QHT Koalisiyası üzvlərinin 84%-i ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil edir, Azərbaycan COP29-da iştirak imkanı olan və bu imkana malik olmayan Qlobal Cənub regionu üzrə QHT-lər üçün bu Koalisiya vasitəsilə inklüziv mühit formalaşdırıb.

Hibrid görüşdə 2024-cü il noyabrın 22-də COP29-da təmsil olunan 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəalın Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması təşəbbüsünə dair bəyanatına qoşulması xatırladılıb.

Koalisiya üzvləri Azərbaycanın getdikcə Qlobal Cənubun güclü səsinə çevrildiyini qeyd edərək, artıq Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını bildiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh