COP29 sammiti Azərbaycanın qlobal nüfuzunun göstəricisidir

COP29 7 Oktyabr 2024 20:42 Oxunub 208
COP29 sammiti Azərbaycanın qlobal nüfuzunun göstəricisidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Bakıda keçirilən COP29 sammiti Azərbaycanın qlobal nüfuzunun göstəricisidir”.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko bildirib.

“Son illərdə bütün postsovet ölkələri arasında Azərbaycan Rusiyanın strateji tərəfdaşı səviyyəsinə yüksəlib. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan inamla inkişaf edir və gələcəyə doğru addımlayır. Ən əsası da odur ki, həm ölkələr, həm də prezidentlər arasında inam, etibar və etimada əsaslanan münasibətlər mövcuddur. Bu gün dünyada regional ittifaqların gücləndirilməsi istiqamətində iş aparılır. Ümidvaram ki, qarşıdan gələn sammit uğurlu olacaq və Azərbaycan bu işə öz əhəmiyyətli töhfəsini verəcək. Bu gün ölkəniz Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal gündəmi müəyyənləşdirir. Bakıda keçirilən COP29 sammiti Azərbaycanın qlobal nüfuzunun göstəricisidir. Azərbaycan hər zaman dediklərinə əməl edən ölkədir. Onun malik olduğu bu cəhət dünyada müsbət qarşılanır. Müasir dünyanın çox mürəkkəb dövrünü yaşadığı bir vaxtda Azərbaycan və Rusiyaya heç kim nəyisə diktə edə bilməz. Dövlətlərimizin başçıları milli maraqları hər şeydən üstün tutan liderlərdir. Məhz bu səbəbdən ikitərəfli əlaqələrimizin çox gözəl perspektivləri mövcuddur. Biz bütün sahələrdə münasibətləri inkişaf etdirərək, daha da möhkəmləndirəcəyik”, - ekspert vurğulayıb.

O, həmçinin Ermənistanla sülh razılaşmasını imzalaması üçün rəsmi İrəvanın Azərbaycan tərəfinin əsaslandırılmış şərtlərinə əməl etməli olduğunu qeyd edib:

“Sülh müqaviləsi Ermənistanla sülhün təminatı olacaq. Bu ölkə isə sülh razılaşmasını imzalamaq istəmir. O, hələ tam razılaşdırılmayan bəndlərdən istifadə edir. Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasına da dəyişiklik etmək də istəmir, Qərb isə rəsmi İrəvanı təşviq edir”.

İqor Korotçenko ABŞ-nin Azərbaycanda “beşinci kolon”un yaratmaq cəhdlərini qəbuledilməz adlandırıb:

“Son olaraq Azərbaycan Milli Məclisinin deputatları rəsmi Bakını ölkədə ABŞ-yə məxsus olan və milli maraqlara zidd fəaliyyət göstərən layihələrin və USAID-in fəaliyyətini dayandırmaqla bağlı müraciət edib. USAID ABŞ xüsusi xidmət orqanlarının müxtəlif ölkələrdə rəngli inqilablar hazırladığı bir vasitədir. Əminəm ki, Azərbaycanın xüsusi xidmət orqanları “beşinci kolon”un yaradılması cəhdlərinin qarşısını almaq üçün lazımi tədbirlər görəcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh