COP29 üçün xüsusi taksi xidməti açılacaq?

Noyabrda Bakıda beynəlxalq COP29 tədbiri keçiriləcək. Toplantıda iştirak etmək üçün paytaxtımıza dünyanın bir çox ölkəsindən çox sayda qonaqlar gələcəklər. Turistlərin hərəkətini təmin etmək üçün xüsusi taksilər ayrılacaqmı?
Nəqliyyat eksperti İlqar Hüseynov Modern.az-a bildirib ki, hələlik COP29 tədbirinə gələn turistlərə taksi xidmətinin təşkili ilə bağlı təşkilat komitəsinin, yaxud Nazirlər Kabinetinin xüsusi qərarı yoxdur:
“Beynəlxalq taksi şirkətləri dünyada oturuşmuş sistemdir. Düşünürəm ki, gələn turistlər dünyada və ölkəmizdə fəaliyyət göstərən Bolt, Uber və digər taksi şirkətlərindən rahatlıqla istifadə edə biləcəklər. Bu sistemlər onlayn qaydada işləyir və sərnişin istədiyi yerə rahatlıqla gedib-gələ bilir”.
Ekspertin sözlərinə görə, turistlərin qaldığı otellərdə də müştərilər üçün taksi sifarişləri personal tərəfindən rahatlıqla təmin edilir:
“Mənə elə gəlir ki, yalnız turistlərə xidmət edəcək taksi xidmətinin təşkili real görünmür. Yadınızdadırsa, əvvəlki beynəlxalq tədbilərin bəzilərində yarışlarda iştirak edəcək komandaların hərəkəti üçün xüsusi zolaqlar ayrılmışdı. Bu, birbaşa təyinat nöqtələrinə, idman infrastrukturu obyektlərinə hərəkətin təmini məqsədilə həyata keçirilmişdi. O zaman da xüsusi taksi xidməti həyata keçirilməmişdi. Düşünürəm ki, COP29-da da ayrıca taksi xidmətlərinin təşkilinə zərurət yaranmayacaq”.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











