COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur - Muxtar Babayev

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilmiş karbon bazarları üzrə razılaşmalar “yaşıl keçid”də özəl sektorun iştirakı üçün yeni imkanlar açır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya İqtisadi Forumunun "COP30-a gedən yol" mövzusunda sessiyasında çıxışı zamanı bildirib. "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur", - M.Babayev bildirib.
Nazir, həmçinin qeyd edib ki, COP29 komandası iqlim maliyyələşməsini artırmağa kömək edəcək proqram hazırlayıb: "Biz töhfələri 1,3 trilyon ABŞ dollarına qədər artırmaq və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankını, özəl sektoru və bütün digər maraqlı tərəfləri iqlim gündəliyinə fəal töhfə verməyə cəlb etmək üçün proqram hazırlamışıq".
O, həmçinin vurğulayıb ki, Azərbaycan COP30 Braziliya komandası ilə sıx əməkdaşlıq etməyi planlaşdırır: "Düşünürəm ki, bu il bizi çox iş gözləyir. Bunlar yeni çağırışlardır, lakin onlar həm də mütləq istifadə etməli olduğumuz yeni imkanlar açır".
M.Babayev əlavə edib ki, iqlim dəyişikliyinin artan təsirləri təkcə inkişaf etməkdə olan ölkələrə deyil, həm də inkişaf etmiş ölkələrə mənfi təsir göstərməkdə davam edir.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











