COP29-un prezidenti yerli QHT-lərin pavilyonundakı şərait barədə məlumandırılıb - FOTO

COP29-un prezidenti Muxtar Babayev Azərbaycan Milli QHT Forumunun Yaşıl Zonada yerləşən pavilyonuna baş çəkib.
Avtosfer.az xəbər verir ki, COP29 Təşkilat Komitəsinin üzvü, AMQF-nin İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva pavilyonda yaradılan şərait barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan QHT-ləri COP29-da yüksək fəallıq nümayiş etdirir, mühüm təqdimatlar, xarici tərəfdaşları ilə birgə beynəlxalq tədbirlər keçirir. Artıq Azərbaycan tərəfinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin, COP28, COP29, COP30 ölkələrinin üçlük formatında vətəndaş cəmiyyəti təsisatlarının birgə konfransları təşkil olunub. Eyni zamanda, diqqətə çatdırılıb ki, qarşıdakı günlərdə Xəzər dənizinin ekologiyası mövzusunda Xəzəryanı ölkələrinin QHT-lərinin ayrıca beynəlxalq konfransı keçiriləcək. COP29 çərçivəsində həmçinin türk dövlətlərinin QHT-lərinin təşkilatlanması prosesi gedir, ortaq tədbirin keçirilməsi planlaşdırılır.
M.Babayevə məlumat verilib ki, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasına artıq 100-ə yaxın ölkədən 410-dan çox QHT qoşulub.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı Agentliyin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin bütün qalib QHT-lərinin layihələr çərçivəsində Milli QHT Forumu Pavilyonunda xarici tərəfdaşları ilə birgə tədbirləri olduğunu, bu tədbirlərin uğurla keçirildiyini bildirib.
COP29 prezidenti Muxtar Babayev Azərbaycan QHT-lərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











