COP29-un Yaşıl zonasında ziyarətçiləri nələr gözləyir? - FOTO

Noyabrın 11-dən ölkəmizin paytaxtı Bakı şəhərində COP29 tədbiri keçirilir.
22 noyabra qədər davam edəcək COP29-un həm Mavi zonası , həm də Yaşıl zonasında əhəmiyyətli tədbirlər, görüşlər keçirilir.
1news.az hər gün COP29-da keçirilən tədbirlərdən, görüşlərdən müxtəlif yazılar, reportajlar hazırlayır.
COP29 çərçivəsində növbəti fotoreportajımız Yaşıl zonadan oldu. COP29-un Bakıdakı Yaşıl Zonası iqlim məsələlərinin müzakirəsi üçün geniş spektrli iştirakçılar — dövlət və özəl sektor nümayəndələri, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər və Mavi Zona nümayəndələri üçün dinamik ünsiyyət mərkəzi kimi fəaliyyət göstərir. Bu zona, COP29 Sədrliyinin təşkilatçılığı ilə, müxtəlif sektorlardan gələn şəxslərin öz baxışlarını və həll yollarını paylaşa bilməsi üçün yaradılmış bir platformadır.
Yaşıl Zonada aparılan fəaliyyətlər iqlim dəyişikliyi ilə mübarizə və onun nəticələrini azaltmağa yönəlmiş innovativ həllərin təqdimatını əhatə edir. Burada panel müzakirələri, əyani nümayişlər və seminarlardan istifadə edərək, mövcud texnoloji və strateji yeniliklər müzakirə olunur. İştirakçılar iqlim dəyişikliyi ilə mübarizədə öz həll variantlarını və ideyalarını təqdim etmək imkanı qazanır.
Bu yanaşma, dövlət qurumları və digər maraqlı tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulmasını və gücləndirilməsini əsas məqsəd kimi qarşıya qoyur. Yaşıl Zonada təqdim olunan innovasiyalar və həllər Azərbaycanın COP29 zirvəsindəki uğuruna və iqlim problemləri ilə effektiv mübarizəyə əhəmiyyətli töhfələr verməyi hədəfləyir.
Qeyd edək ki, COP29 konfransı çərçivəsində təşkil olunan Yaşıl Zonaya ödənişsiz giriş biletlərini artıq iTicket.az platformasından əldə etmək mümkündür. Biletlər ödənişsizdir.
İndi isə, Fotoreportajımızla Yaşıl zona ilə tanış ola bilərsiniz:
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır



















