COP29 viza müraciət sistemi aktivləşdirilib

Qeydiyyatdan keçən iştirakçıların ölkəyə rahat girişini təmin etmək məqsədilə Azərbaycanda xüsusi COP29 viza müraciət sistemi yaradılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə COP29-un rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, COP29 xüsusi vizası birdəfəlik giriş vizası olacaq. Əgər iştirakçı Azərbaycanı tərk etmək və COP29-un keçirildiyi müddətdə yenidən Azərbaycana geri qayıtmaq istəsə, o zaman UNFCCC qeydiyyat nömrəsindən istifadə edərək və daha əvvəl keçdiyi prosesi təkrarlayaraq COP29 xüsusi vizası üçün yenidən müraciət etməli olacaq.
Qeyd edilib ki, COP29 və sessiya öncəsi görüşlər üçün Azərbaycan ərazisinə səfər edən bütün xarici iştirakçıların pasportlarının etibarlılıq müddəti Azərbaycana daxil olduqları tarixdən ən azı altı ay sonrakı müddət üçün etibarlı olmalıdır.
Bundan əlavə, iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara UNFCCC qeydiyyatını təsdiqləyən e-poçt vasitəsilə viza üçün müraciət linki göndəriləcək:
"COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaqdır. Viza sahibləri Azərbaycan Respublikasına bu tarixdən əvvəl daxil olmalıdırlar", - deyə məlumatda bildirilib.
Bunun üçün iştirakçılar link vasitəsilə viza portalına daxil olaraq formanı doldurmalı və tələb olunan sənədləri yükləyərək təsdiq üçün təqdim etməlidirlər:
"Təsdiq edildikdən sonra COP29 xüsusi vizanızı vebsaytdan yükləməyiniz üçün sizə vizanızı təsdiq edən e-poçtla link göndəriləcəkdir. İştirakçılara UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal sonra COP29 xüsusi vizası üçün müraciət etmələri tövsiyə olunur. Vizanın statusunu izləmək üçün UNFCCC qeydiyyatını təsdiq edən e-poçtdakı viza portalı linkindən istifadə edilməlidir".
Həmçinin iştirakçılar vizaların verilməsi ilə bağlı suallar üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











