Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur - ASCO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ekoloji aspektdə fəaliyyətini dayanıqlı inkişaf prinsiplərinə uyğun həyata keçirir.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.
O qeyd edib ki, ASCO-nun fəaliyyətinin bütün aspektlərində ətraf mühitə təsiri minimuma endirmək əsas məqsədlərdəndir:
"ASCO-da ətraf mühitə mümkün zərərli təsirin sıfıra endirilməsi, o cümlədən tullantıların və emissiyaların minimal səviyyədə saxlanılması, su-enerji resurslarından qənaətlə istifadə olunması istiqamətində planlı və davamlı tədbirlər görülür. Bu sahədə fəaliyyətimizi ölkə qanunvericiliyinin, Beynəlxalq Dəniz Təşkilatının tələblərinə, eləcə də gəmiçilik sahəsində mövcud olan beynəlxalq konvensiyalara uyğun təşkil edirik".
Direktorun sözlərinə görə, ASCO-nun ekoloji aspektdə dayanıqlı inkişaf prinsiplərinə ətraf mühitin mühafizəsi, qəzaların qarşısının alınması, tullantı və emissiyaların səmərəli idarə olunması, ekosistemlərə mənfi antropogen təsirin minimuma endirilməsi aiddir:
"Həmçinin təmiz, içməli su resurslarından səmərəli istifadə, fəaliyyətin beynəlxalq standartların tələblərinə uyğun təşkil edilməsi, biomüxtəlifliyin qorunması, enerji resurslarından qənaətlə istifadə, innovasiyaların dəstəklənməsi yolu ilə ətraf mühitin mühafizəsi üzrə daha əlverişli, mütərəqqi texnika və texnologiyaların tətbiqi də bu prinsiplər sırasında yer alır".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











