Elektrikli avtomobillərin yarışı: Hansı model Nabrana daha az enerji ilə çatdı? - FOTO - VİDEO

Bu gün Avtomobil Dillerləri Asossasiyasının təşkilatçılığı ilə elektrikli avtomobillərin yarışı təşkil edilib.
Avtosfer.az xəbər verir ki, əsas məqsəd bu maşınların uzaq məsafə qət etməsini ölçmək olub. Yarışda müxtəlif modellərdən 11 avtomobil iştirak edib. Yarış Bakıdan start götürüb və Nabranda başa çatıb. Demək olar ki, əksər modellər 50 faiz enerji ilə yolu tamamlayıb.
AADA sədri Natiq Zərbəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, əsas məqsəd bu növ avtomobillərə marağın artırılmasıdır. Bu iş ölkəmizdə COP29 tədbiri keçiriləcək. Məhz elektrikli avtomobillər də ekoloji tarazlığın qorunmasında müstəsna rol oynayır.
Natiq Zərbəliyev onu da əlavə edib ki, insanlar çox vaxt düşünür ki, elektrikli avtomobillər ilə uzaq məsafə qət edən zaman yolda qala bilərlər. Bu tədbir bir daha sübut etdi ki, əslində bu fikir yanlışdır.
Tədbirin sonunda daha az enerji sərf edən avtomobillərin sürücülərinə sertifikatlar və hədiyyələr təqdim edildi. Tədbir iştirakçıları üçün şam yeməyi verildi.
Beləliklə nəticədə 100 % enerji ilə yola çıxan avtomobillərin son olaraq aşağıdakı enerjiləri qalıb.
SKYWELL - 51%
BYD- 60%
Tesla - 48%
Forting - 61%
Hyundai - 45%
Kia - 61%
Volkswagen - 60%
Leepmotor - 61%
Neta - 45%
Zeekr - 56%
MG - 58 %
Orxan Əli
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır



















