"Euronews" COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb - VİDEO

COP29 5 Noyabr 2024 23:15
"Euronews" COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, reportajda bildirilir ki, COP29 konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi olacaq.

"Bakıda Olimpiya Stadionunun yanında 112 min m²-lik bir meydança yaradılıb və burada iqlim maliyyələşdirilməsi və tullantıların azaldılması ilə bağlı mühüm məqsədləri müzakirə etmək üçün 40 mindən çox nümayəndə və dünya liderləri toplanacaq. Azərbaycan COP29-un ev sahibi olmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiqliyini nümayiş etdirir", - süjetdə deyilir.

Burada, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaradılmış şərait, nəqliyyatın intellektual idarə olunması tədbirləri və genişləndirilmiş yerləşdirmə imkanları vurğulanır ki, bu da Azərbaycanın tədbiri keçirməyə hazırlığını göstərir.

Oxunub : 706
ŞƏRH YAZ
Ad

E-mail

Şərh