FHN-də COP29 ilə əlaqədar müşavirə keçirildi: tapşırıqlar verilib - FOTO

Sentyabrın 30-da Fövqəladə Hallar Nazirliyində bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə növbəti müşavirə keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak edib.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzunun növbəti təsdiqi kimi bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb, bu mötəbər tədbirə hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin icrası məsələlərindən danışıb.
Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin ötən müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirə aparılıb.
Müşavirəyə yekun vuran nazir Kəmaləddən Heydərov Bakıda keçiriləcək mötəbər tədbirlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin ayrı-ayrı qurumlarının üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrası məqsədilə müvafiq tapşırıqlar verib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











