Reklam

Hər kəs bu tarixi GÖZLƏYİR - Səhər saatlarından BAŞLAYARAQ...

COP29 13 Sentyabr 2024 12:05 Oxunub 460
Hər kəs bu tarixi GÖZLƏYİR  - Səhər saatlarından BAŞLAYARAQ...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Noyabr ayında Bakıda keçiriləcək COP29 sammiti təkcə beynəlxalq siyasət və iqlim dəyişiklikləri müzakirələrinin mərkəzində dayanan bir tədbir deyil, eyni zamanda paytaxt və ətraf ərazilərdə sosial və iqtisadi həyatın müvəqqəti olaraq dəyişəcəyi bir mərhələdir. Bakı, Abşeron və Sumqayıt bölgələrində tədbir müddətində tətbiq ediləcək məhdudiyyətlər gündəlik həyatın ritmini dəyişdirəcək. 12-22 noyabr tarixləri arasında ali, orta ixtisas və peşə təhsil müəssisələrinin tədrisi distant formada təşkil ediləcək, məktəblilər isə payız tətilinə çıxacaq.

Bu tədbirlər, həm şəhərin nəhəng logistika yükünü azaltmaq, həm də tədbirin təhlükəsizlik və təşkilatçılıq aspektlərini effektiv şəkildə həyata keçirmək məqsədilə həyata keçiriləcək. Lakin belə bir böyük tədbirə uyğunlaşma prosesinin necə keçəcəyi, şəhərin nə dərəcədə bu cür tədbirlərə hazır olması və bu məhdudiyyətlərin sakinlərin həyatına təsiri maraq doğurur. Bu 10 günlük müddətdə ictimai nəqliyyatın fəaliyyəti, yol hərəkətinin tənzimlənməsi və iş yerlərinin uyğunlaşma tədbirləri də geniş ictimai müzakirələrin mərkəzində olacaq.

Sammitin keçirildiyi günlərdə şəhərin gündəlik işlərə necə uyğunlaşacağı sualı mühüm əhəmiyyət kəsb edir, çünki böyük miqyaslı beynəlxalq tədbir şəhərin müxtəlif sahələrinə təsir edəcək.

Məsələ ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bildirib ki, aidiyyatı qurumlar müəyyən məsələlər üzərində işləyir, amma Bakının nəqliyyat problem olduqca böyükdür:

“Yəqin ki, Nazirlər Kabinetinin hansısa bir qərarı olacaq. Artıq bununla bağlı bir sıra qərarlar qəbul edilib. İş saatları dəyişdirilib, məsafədən iş rejiminə keçirilir. Bundan əlavə bəzi iş yerlərində işçilərin müəyyən hissəsi distant rejimdə işə cəlb olunacaq. İri müəsissələrdə bir ay ərzində evdən, yəni məsafədən iş rejiminə keçiriləcək. Yollarda hərəkətin məhdudlaşdırılması üçün də bir sıra tədbirlər görüləcək. Amma təbii ki, ictimai nəqliyyat işləyəcək, taksilər fəaliyyət göstərəcək. COP-29 tədbirinə qədər Bakıda avtobusların sayıı 200-ə qədər artırılacaq”.

Ekspert bildirib ki, Bakının tıxac problemini həll etmək üçün əlaqələndirilmiş kənar dairəvi yollar çəkilməlidir, şəhərin mərkəzinə girmədən hərəkət trayektoriyası müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, nəqliyyat probleminin həll olunması üçün bir sıra zəruri tədbirlər görülməlidir: Metro stansiyalarının sayı artırılmalıdır, avtobusların vaxt intervalına nəzarət olunmalıdır. Köhnə avtobuslar yeni və müasir avtobuslarla əvəz olunmalıdır. Azərbaycanda bir metro stansiyalarının tikintisi olduqca uzun vaxt aparır. Bu dünya təcrübəsində görünməyən bir haldır. Rusiya kimi bir dövlət belə bir ildə bəzən 3 stansiya tikib fəaliyyətə verir”.

Elməddin Muradlı əlavə edib ki, nəqliyyatın hərəkəti, iş rejimləri və ictimai xidmətlərin fəaliyyəti kimi vacib amillərin necə tənzimlənəcəyi əsas diqqət mərkəzində olacaq. Bu tədbirlər həm şəhər sakinləri, həm də paytaxta gələn qonaqlar üçün əsas məqsəd rolunu oynayacaq.ğ

(news24.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh