Reklam

İctimai nəqliyyat piyadalar üçün rahat və əlçatan olmalıdır

COP29 22 Noyabr 2024 21:00 Oxunub 162
İctimai nəqliyyat piyadalar üçün rahat və əlçatan olmalıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İctimai nəqliyyat piyadalar üçün o qədər rahat və əlçatan olmalıdır ki, onlar hətta avtomobil istifadəçiləri üçün də üstünlük təşkil edən seçimə çevrilsin.

Avtosfer.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudiya Rossbax COP29 çərçivəsində təşkil olunmuş “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

Onun sözlərinə görə, şəhərlər münasib qiymətə mənzilləri iş və əsas xidmətlər kimi əsas imkanlarla birləşdirən çox modelli elektrik ictimai nəqliyyat sistemləri ilə kompakt, qarışıq istifadəli məhəllələrin inkişafına üstünlük verməlidir:

"Şəhərlərə daha yaxşı və təmiz xidmətlər təmin etmək üçün şəbəkələri modernləşdirməkdə köməklik göstərilməlidir".

Qonaq bildirib ki, şəhərlərə davamlı hərəkətlilik planları, torpaqdan istifadə və nəqliyyat arasında balanslaşdırılmış artımı təşviq edən hərtərəfli çərçivələr yaratmaq və eyni zamanda bütün maraqlı tərəflərlə birgə baxışı formalaşdırmaq səlahiyyəti verilməlidir:

"Ölkələrin burada unikal imkanları var. Çox modelli aşağı karbonlu nəqliyyata üstünlük verməklə, davamlı və dayanıqlı şəhər hərəkətliliyini inteqrasiya etməklə biz müxtəlif davamlı inkişaf məqsədlərini və yeni şəhər gündəmini irəli sürərkən iqlim hədəflərinə nail ola bilərik".

"COP29-un Prezidentliyini davamlı şəhər inkişafı prioritetlərinə görə və Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsini təklif etdiyinə görə bir daha təbrik etmək istərdim. Bu mühüm bəyannamə möhkəm, sağlam şəhərlərə doğru yolu açmağa kömək edəcək", - deyə o qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh