"İqlim dəyişmələri gender əsaslı bərabərsizlikləri dərinləşdirir" - Muxtar Babayev

Bu gün COP29-un gender bərabərliyinə həsr olunmuş tematik günüdür. Bu gün gender bərabərliyinin təkcə fundamental insan hüququ deyil, həm də effektiv və ədalətli iqlim fəaliyyətinin təməl daşı olduğunu qlobal arenada xatırladır. Bildiyimiz kimi, iqlim dəyişikliyinin təsirləri neytral deyil. Onlar mövcud bərabərsizlikləri, o cümlədən gender əsaslı bərabərsizlikləri dərinləşdirir. Qadınlar və qızlar xüsusilə həssasdırlar.
Avtosfer.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bir-biri ilə əlaqəli iqlim və biomüxtəliflik böhranları milyonlarla insanı yoxsulluğa sürükləyə və ərzaq təhlükəsizliyinə səbəb ola bilər. Qadınlar və qızlar, həmçinin həll yollarının ön cəbhəsindədirlər, iqlim çağırışlarının həllində davamlılıq, innovasiya və liderlik nümayiş etdirirlər. Bu, qadınların rolunu təkcə iqlim fəalları kimi deyil, həm də cəmiyyətimizin ürəyi, analarımız, bacılarımız və qızlarımız kimi tanımağı və qiymətləndirməyi həyati əhəmiyyətli edir. Onların səsləri və töhfələri icmalarımızın təməlini formalaşdırır və davamlı gələcək üçün baxışımızın mərkəzində olmalıdır.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











