İşğal vaxtı basdırılmış 1,5 milyon mina dağıdıcı ekoloji ziyan törədib - ANAMA

Azərbaycan ərazilərində keçmiş işğal zamanı basdırılmış 1,5 milyona yaxın mina dağıdıcı ekoloji ziyan törədib.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov COP29 çərçivəsində ANAMA və BMTİP-nin təşkil etdiyi “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” mövzusunda yan tədbirdə deyib.
O qeyd edib ki, bu minalar bir vaxtlar zəngin biomüxtəlifliyi olan torpaqları viran edib, münbit torpaqları çirkləndirib, kənd təsərrüfatı məhsuldarlığına zərər vurub:
"Partlayıcı qurğular ayrı-seçkilik etmir. Təsadüfən və ya minatəmizləmə əməliyyatları zamanı partladıldıqda ağır metallar və digər toksinlər torpağa, havaya qarışır. Bu kimyəvi çirklənmə bitki həyatı, canlı təbiət və kənd təsərrüfatı üçün uzunmüddətli risklər yaradır, meşələrin bərpasını və əkin sahələrinin bərpasını çətinləşdirir".
ANAMA sədrinin sözlərinə görə, qurum 170 min hektardan çox çirklənmiş ərazini təmizləyərək ekoloji bərpa, biomüxtəlifliyin yenilənməsi və davamlı kənd təsərrüfatı üçün yol açıb:
"Bu təmizlənmiş ərazilər kritik infrastrukturun yenidən qurulmasına imkan verir və köçkünlərin geri qayıtmasına kömək edir. Bu investisiyanın miqyasına baxmayaraq, beynəlxalq töhfələr ümumi maliyyələşdirmənin cəmi 4,4 faizini təşkil edir. Ölkəmizdə minaların hərtərəfli təmizlənməsini təmin etmək və bu təhdidlərin ətraf mühitə geniş təsirlərini aradan qaldırmaq üçün qlobal dəstəyin artırılması həyati əhəmiyyət kəsb edir".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











