Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Fighting for International Nautical Species” (FINS) təşəbbüsünün pavilyonunu ziyarət edib. Pavilyon dəniz canlılarının qorunması, eləcə də bu sahədə beynəlxalq səylərin artırılmasının əhəmiyyətinə həsr olunub.
Avtosfer.az xəbər verir ki, FINS pavilyonunda həyata keçirilən silsilə tədbirlər çərçivəsində Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib.
Filmdə balıqçılıq sənayesinin ətraf mühitə, ekosistemlərə və dəniz heyvanlarına təsirinə dair məlumat verilir və dayanıqlı balıqçılığın yaratdığı imkanlar qeyd olunur.
Tədbirin yekununda “Seaspiracy” layihəsinin rəhbəri İzabella Kavalletti iştirakçıları maraqlandıran sualları cavablandırıb.



Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











