Leyla Əliyeva və ICESCO-nun Baş direktoru niyyət protokolu imzaladılar - FOTOLAR

Noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi arasında niyyət protokolunun imzalanma mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, protokol IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki tərəfindən imzalanıb.
Niyyət protokolunun məqsədi iqlim dəyişmələri ilə mübarizə sahəsində ICESCO ilə IDEA arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin qorunmasına yönələn tədbirlərdə birgə iştirak və hər iki təşkilatın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edən digər müvafiq fəaliyyətlərin müştərək icrasından ibarətdir.
Hər iki təşkilat ICESCO-ya üzv dövlətlərdə ətraf mühitin mühafizəsi, torpağın deqradasiyasının qarşısının alınması, qida və su təhlükəsizliyinin təmin olunması, məlumatlandırma işlərinin aparılması, birgə tədqiqat işləri və pilot layihələrin həyata keçirilməsi, gənclərin və könüllülərin iştirakçılığının artırılması, mübadilə proqramlarının icrası, eləcə də bilik və ən yaxşı təcrübələrin paylaşılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəldilər.
Görüş iştirakçıları IDEA ilə ICESCO arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inandıqlarını bildirərək birgə fəaliyyətlərin genişləndirilməsinin İslam dünyası ölkələrində iqlim dayanıqlığının təmin olunması naminə həmrəyliyin möhkəmləndirilməsi və daha səmərəli birgə layihələrin icra olunmasına mühüm töhfə verəcəyini qeyd etdilər.


Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











