Nəqliyyat sistemlərinin sabahın çağırışlarına hazır olmasını dəstəkləməyə hazırıq

Regional əlaqələrin təkmilləşdirilməsi regionların qlobal təchizat zəncirlərinə inteqrasiyası üçün çox vacibdir. Avtosfer.az xəbər verir ki, bunu Beynəlxalq Nəqliyyat Forumunun (ITF) baş katibi Yan San Kim COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, əlaqələr fiziki infrastrukturun inkişafı, gömrük islahatı və tənzimləməıərin uyğunlaşdırılması yolu ilə həyata keçirilməlidir:
"Dövlət-özəl sektor tərəfdaşlığı və çoxtərəfli əməkdaşlıq xüsusilə infrastrukturun maliyyələşdirilməsində boşluqların aradan qaldırılması üçün əsasdır. BMT-nin Daxili nəqliyyat sazişləri kimi çoxtərəfli sazişlər və hüquqi təşəbbüslər transsərhəd standartlarını və prosedurlarını uyğunlaşdırmaqla, gecikmələri azaltmaqla və səmərəliliyi artırmaqla əlaqəni asanlaşdırır. Bu çərçivələr aşağı emissiya texnologiyaları və infrastrukturun qəbulunu dəstəkləyir, həm əlaqə, həm də karbonsuzlaşdırma məqsədi daşıyır".
Baş katib qeyd edib ki, nəqliyyat sektorunda davamlılıq artıq istəyə bağlı deyil, məcburidir:
"Nəqliyyat sektoru qlobal istixana qazı emissiyalarının əhəmiyyətli bir hissəsini təşkil edir və biz qətiyyətlə hərəkət etmədikcə davamlı olaraq artacaq. Hökumətlər model dəyişikliyini təşviq etməklə, enerji səmərəliliyini artırmaqla və daha təmiz yanacağa keçidi sürətləndirməklə emissiyaları azaltmaq öhdəliyi götürməlidirlər. ITF nəqliyyat sistemlərinin təkcə iqtisadi artıma deyil, həm də sabahın çağırışlarına hazır olmasını təmin etmək üçün bu prinsiplərin həyata keçirilməsində ölkələrə dəstək verməyə hazırdır".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











