Reklam

Prezidentin köməkçisi: Azərbaycan COP29-la bağlı ciddi dezinformasiya ilə üzləşib

COP29 21 İyul 2024 11:37 Oxunub 754
Prezidentin köməkçisi:  Azərbaycan COP29-la bağlı ciddi dezinformasiya ilə üzləşib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyası (COP29) ilə bağlı ciddi dezinformasiya ilə üzləşib.

Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən II Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Hikmət Hacıyev həmçinin Prezident İlham Əliyevin dezinformasiya ilə bağlı fikirlərini xatırladıb. 

Prezident köməkçisi əlavə edib ki, bu faktor müxtəlif ölkələr arasında münaqişə yarada bilər:

"Rəqəmsallaşma məlumatların sürətli istehsalını təmin edir və bu da bəzən təhriflərə yol verilməsinə şərait yaradır. İnformasiya çox güclü vasitədir və bunun necə düzgün istifadə edildiyi güclü sual altındadır. Dezinformasiya artıq fərdi azadlıqları da təhdid etmək həddinə çatıb. Bu anlayış manipulyasiya edən, ictimai fikri çaşdıran və qlobal təhlükəsizliyə ciddi təhlükə yaradan informasiya çirklənməsi ilə müşahidə olunur. Dezinformasiya ümumiyyətlə mətbuatın etibarlılığını sarsıdır. Bu baxımdan dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmağında vasitə ola bilər. Prezident İlham Əliyevin də dediyi kimi bu müxtəlif tərəflər arasında münaqişələrin yarananmasına səbəb ola bilər. Bu amil həm də mətbuatın təməl prinsiplərini pozur. Prezident İlham Əliyev də dünən qeyd etdi ki, dezinformasiya nəticəsində faktlar elə təqdim olunurdu ki, guya Azərbaycan hansısa ölkəyə təcavüz edib. Təəssüf ki, bütün mətbuat agentliklərinin başlıqlarında bu faktı Azərbaycanın törətdiyi ilə bağlı məlumatlar yer alırdı. Burada biz Prezident Əliyevin beynəlxalq mətbuatla ünsiyyəti və ayrı-ayrı beynəlxalq mətbuat orqanları ilə işin nəticəsində biz bu amillərlə mübarizə apardıq. Biz çalışırdıq ki, dünya ictimaiyyətinə yalnız həqiqəti çatdıraq. İnanırıq ki, dezinformasiyaya qarşı müqavimət mexanizmlərinin inkişafı və bunun əleyhinə mübarizədə jurnalist peşəkarlığının artırılması mühüm rol oynaya bilər. Xüsusilə beynəlxalq təşkilatlarda bununla bağlı tədbirlər görülməlidir. Burada bu mübarizənin təməl prinsipləri barədə razılığa gəlmək lazımdır. Biz düşünürük ki, düzgün məlumatın cəmiyyətə çatdırılması son dərəcə vacibir. Azərbaycan COP29 ilə bağlı da ciddi dezinformasiya ilə üzləşib. Biz qlobal təhlükəsizliklə bağlı gündəliyimizi elan etmişik və işimizi bu gündəliyə uyğun qururuq".

(apa)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh