Prezidentin Sərəncamı neçə könüllüyə şamil olunub?
COP29
15 Yanvar 2025 16:23

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29 tədbirinin uğurlu təşkil olunmasında iştirak edən hər bir könüllüyə təşəkkürnamə və 1500 manat məbləğində xüsusi pul mükafatı ayrılıb.
Avtosfer.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda öz əksini tapıb.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi departamentinin Könüllülərlə iş sektorunun rəhbəri Adilə Əliyeva bildirib ki, ölkədə keçirilən beynəlxalq tədbirə ümumilikdə 3000 könüllü cəlb olunub.
Beləliklə, ölkə liderinin imzaladığı Sərəncam 3000 COP29 könüllüsünə şamil edilib. Onların hər biri 1500 manat pul mükafatı alıblar ki, bu da ümumilikdə 4 milyon 500 min manata bərabərdir.
Oxunub 982
DİGƏR XƏBƏRLƏR
3 İyun 2025 15:30
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
16 Yanvar 2025 21:27
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
19 Dekabr 2024 18:18
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
28 Noyabr 2024 11:54
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
25 Noyabr 2024 14:00
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
25 Noyabr 2024 13:07
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
24 Noyabr 2024 13:45
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
24 Noyabr 2024 10:41
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
23 Noyabr 2024 22:48
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
23 Noyabr 2024 20:40
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
23 Noyabr 2024 16:06
COP29 danışıqları yekunlaşır
23 Noyabr 2024 14:11
COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
ŞƏRH YAZ











