"Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir” - Nazir

Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard deyib.
“Ona görə də, bununla bağlı neqativ heç bir şeylə razılaşmırıq. Hazırda gərgin müzakirələr gedir. Ümid edirəm ki, uyğun bir yol tapılacaq. Bununla belə, həm Danimarka, həm də Avropa İttifaqı bu məsələdə çox aydın mövqe nümayiş etdirirlər", - deyə o bildirib.
Danimarkalı nazir qeyd edib ki, ABŞ-nin qalıq yanacaqlarla bağlı hər hansı bir müraciəti qəbul etməməsi ilə bağlı bəyanatı onlar üçün qəbuledilməzdir:
"Biz ötən il razılaşdığımız məsələləri yenidən müzakirə etməyəcəyik. COP prosesi iqlim dəyişikliyini dayandırmağa yönəlib. 1,5 dərəcə hədəfinə çatmaq üçün əlimizdən gələni etməliyik və bu, qalıq yanacaqların mərhələli şəkildə dayandırılmasını tələb edir. Təbii ki, kənd təsərrüfatı sahəsi kimi başqa məsələlər də var".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











