"Qlobal karbon emissiyalarının 23%-i nəqliyyatın payına düşür" - Nəqliyyat naziri

Nəqliyyat sektoru Paris Sazişi üzrə öhdəliklərə uyğun olaraq dekarbonizasiya yolunda irəliləmir.
Avtosfer.az xəbər verir ki, bunu Çilinin nəqliyyat naziri Xuan Karlos Munyoz COP29 çərçivəsində İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı zamanı “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.
"İqlim dəyişikliyi ilə mübarizədə nəqliyyat mühüm sektordur. Qlobal karbon emissiyalarının 23%-i onun payına düşür. Təəssüf ki, bu sektor Paris Sazişi üzrə öhdəliklərə uyğun olaraq dekarbonizasiya yolunda irəliləmir. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) 84 %-ndə nəqliyyatla bağlı tədbirlər qeyd edilsə də, onun əhatə dairəsi və təfərrüatlar çox fərqlənir. Bu uyğunsuzluq ciddi boşluqlar yaradır. Bunu həll etmək üçün İTF Katibliyi tərəfindən hazırlanmış nəqliyyatın milli səviyyədə müəyyən edilmiş töhfələrə inteqrasiyası üzrə yeni bələdçini elan etməkdən məmnunam", - Çilinin nəqliyyat naziri deyib.
X.Munyozun sözlərinə görə, bu bələdçi mühüm bir resursdur və gələcək NDC-lərdə nəqliyyata dair yanaşmanın necə həyata keçiriləcəyinə dair ciddi rol oynayacaq:
"Bu sənəd təlimatverici deyil. Əksinə, o, hökumətlərin öz milli şəraitlərinə, yollarına və yanaşmalarına uyğun olaraq istifadə edə və uyğunlaşdıra biləcəyi hərtərəfli çərçivə təklif edir. Hər ölkənin özünəməxsus çağırışları, imkanları və prioritetləri var və NDC-lər Paris Sazişinin ümumi məqsədləri ilə uzlaşaraq bu müxtəlifliyi əks etdirməlidir".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











