“Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi” - FOTO

Bu gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM)” mövzusunda dəyirmi masa keçirilib.
Avtosfer.az quruma istinadən xəbər verir ki, tədbirdə beynəlxalq ekspertlər, iqlim maliyyəsi üzrə mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, audit şirkətlərinin əməkdaşları iştirak ediblər.
Tədbiri açan Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün keçirilməsində əsas məqsəd Avropa İttifaqı tərəfindən təklif edilən və hazırda mərhələli şəkildə tətbiq olunan yeni iqlim siyasəti aləti - CBAM mexanizminin tələblərini daha dərindən öyrənmək, bu sahədə yarana biləcək çətinlikləri müəyyən etmək və səmərəli hazırlığın təmin edilməsi üçün mümkün həlləri nəzərdən keçirməkdən ibarətdir. O, müzakirələrin qlobal iqlim dəyişikliyi ilə mübarizə və iqtisadi inkişaf arasındakı balansın tapılması baxımından son dərəcəli əhəmiyyətli olduğunu vurğulayıb.
ABŞ-nin Harvard Universitetinin mütəxəssisi İlay Sandlerin moderatorluğu ilə keçirilən dəyirmi masada “Ernst & Young” şirkətinin partnyoru Kasia Klaçinska Lyuis, “PwC” şirkətinin partnyoru Nadya Pikard və digər ekspertlərin təqdimatları və çıxışları dinlənilib.
İştirakçılar CBAM-ın biznesin fəaliyyətinə qlobal və milli səviyyədə təsirləri, Avropa İttifaqının bu sahədə qanunvericilik tələbləri ilə bağlı mümkün ssenarilərə dair nəzəri və praktiki məlumatları bölüşüblər, istehsalçıların və ixracatçıların bu prosesə hazırlığını müzakirə ediblər. Bildirilib ki, bu mexanizm qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində müsbət dəyişikliklərə gətirib çıxara bilər, lakin onun uğurlu tətbiqi qlobal səviyyədə ədalətli yanaşmalardan, davamlı inkişaf və ekoloji ədalətin təmin edilməsindən asılı olacaq.
Tədbir zamanı yaranan sualları ekspertlər cavablandırıb və mütəxəssis şərhləri verilib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır












