Yalçın Rəfiyev: "Ekoloji savadlılıq metrikalarının inkişafını da dəstəkləyəcək"

"Səhiyyə və ekoloji savadlılığın artırılması İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsünün əsas sütunlarındandır".
Avtosfer.az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.
"Səhiyyə və ekoloji savadlılığın təhsilin əsas məqsədinə çevrilməsi, məktəb infrastrukturunun dayanıqlı, davamlı olmasını təmin etmək üçün təhsilin yaşıllaşdırılması İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsünün əsas sütunlarından biridir. BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO ilə əməkdaşlıq çərçivəsində bu təşəbbüs məktəb proqramlarını, müəllim hazırlığını və təhsil potensialını yaşıllaşdıracaq. Bu səyin bir hissəsi olaraq, təşəbbüs Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramı (PISA) kimi ekoloji savadlılıq metrikalarının inkişafını da dəstəkləyəcək", - deyə o vurğulayıb.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











