Reklam

“Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa təşkil ediləcək

COP29 7 Noyabr 2024 18:36 Oxunub 220
“Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa təşkil ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Noyabrın 20-də Bakıda COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək tədbir “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.

Dəyirmi masanın təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramıdır (UN-Habitat).

Tədbirlə bağlı ətraflı məlumatı bu linkdən əldə etmək olar.

COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh