Yaşıl transformasiya fəaliyyətində daha böyük nailiyyətlər qazana bilərdik - Hikmət Hacıyev

İşğal və təcavüz faktı - Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi əməllər olmasaydı, Azərbaycan bu gün yaşıl transformasiya fəaliyyətində və tədbirlərində daha böyük nailiyyətlərə imza atmış olardı.
Avtosfer.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.
Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanın yaşıl transformasiya siyasətinə maneələr yaratdığını, ölkəmizin resurs və hədəflərinin başqa istiqamətə doğru yönəldiyini vurğulayan Prezidentin köməkçisi qeyd edib:
“Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur zonası sıfır atıq zonaları kimi bərpa edildi. Bununla da Azərbaycan özünün yaşıl transformasiya və bərpaolunan enerji resurslarının yaradılması siyasətinə daha böyük resurslar ayırmaq imkanı əldə etdi. Bu, həmişə bizim gündəliyimizdə prioritet olub. Lakin işğal və təcavüz faktı aradan qaldırandan sonra Azərbaycan daha böyük imkanlarını bu seqmentə səfərbər etmək imkanı əldə etmiş oldu”.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











