Reklam

«07» ilə toqquşan «Lexus»un sürücüsü nazir müavini imiş

Gündəm 11 May 2014 13:14 Oxunub 2816
«07» ilə toqquşan «Lexus»un sürücüsü nazir müavini imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda baş vermiş ağır qəzada nazir müavini və arvadı yaralanıb

Mayın 10-na keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində baş vermiş dəhşətli qəzada yaralanan şəxslər nazir müavini və onun həyat yoldaşı imiş  Mayın 10-na keçən gecə Heydər Əliyev prospektində iki nəfərin ölümü ilə nəticələnmiş ağır qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, "VAZ 2107"-nin yolun əks hərəkət zolağına çıxması və yüksək sürətlə hərəkət edərək "Lexus"a çırpılması nəticəsində "Lexus"un sürücüsü, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev ağır xəsarət alıb. 53 yaşlı F.Əliyevlə yanaşı, onun həyat yoldaşı Arifə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov Lent.az-a bildirdi ki, qəzadan sonra nazir müavini və həyat yoldaşı Bakıdakı özəl klinikalardan birinə yerləşdiriliblər. Hadisəni törədən "VAZ 2107"nin sürücüsü Tural Rəhimov isə 3 saylı şəhər xəstəxanasında müalicə olunur.

Qeyd edək ki, T.Rəhimovun sərnişini olan iki gənc oğlan isə hadisə yerindəcə keçinib.

`````

10 may 04:51

Bakının Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Tural Rəhimovun idarə etdiyi VAZ-2107 markalı 90 KC 023 dövlət nömrə nişanlı avtomobil Aeroport şosesi istiqamətində hərəkətdə olarkən qəfildən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt VAZ-2107 qarşıdan gələn və 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də, "Lexus"un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar. VAZ-2107-nin sürücüsünün yaxınları bildiriblər ki, Tural Rəhimov yol polisi əməkdaşlarından qaçmağa çalışırmış. Metronun "Koroğlu" stansiyasının qarşısında Yol Patrul Xidmətinə məxsus avtomobil Heydər Əliyev prospektini bağlayaraq, VAZ-2107-nin qarşısını kəsib. Tural Rəhimov isə geriyə dönüş edərək, əks istiqamətdə hərəkət edib və nəticədə toqquşma baş verib. Nizami Rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov isə APA-ya açıqlamasında deyib ki, VAZ-2107-nin YPX əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddialar araşdırılır. Müstəntiqin sözlərinə görə, ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə də baxış keçiriləcək və hadisənin təfərrüatları müəyyən ediləcək. "İlkin versiya bundan ibarətdir ki, VAZ-2107-nin sürücüsü avtoxuliqanlıq edib", - Nicat Naibov qeyd edib. 3 saylı şəhər Kliniki Xəstəxanasından bildirilib ki, VAZ-2107-nin sürücüsü Tural Rəhimovun vəziyyəti ağırdır və əməliyyat olunur. Hadisə nəticəsində ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh