158 nəfəri öldürən tıxac: BİZDƏ DƏ TƏKRARLANA BİLƏR

İspaniyada 158 nəfərin ölümü, onlarla insanın itkin düşdüyü leysan artıq geridə qalıb. İspan xalqı belə bir faciə ilə 1973-cü ildə üzləşmişdi. O zaman daşqın 300 nəfərin həyatına son qoymuşdu. Budəfəki daşqında isə ekspertlərin qənaətinə görə, faciənin qarşısını almaq mümkün idi.
Avtosfer.az xəbər verir ki, ekspertlər ölənlərin çoxluğunu bir neçə amillə əlaqələndirsələr də, məmur laqeydliyi və vətəndaş məsuliyyətsizliyini də ön plana çəkirlər. Meteoroloqlar 2 gün əvvəldən leysan proqnozlaşdırsalar da, fövqəladə hallar xidməti əhaliyə xəbərdarlığı saat 20.00-dan sonra, artıq yağış başlayanda göndərib. Bu zaman isə artıq gec idi. Hətta çox adam mesaj aldıqdan sonra da maşınla küçəyə çıxıb.
Burada bizimlə oxşar bir məqam da diqqəti cəlb edir: yağışın başlaması yollardakı tıxacla üst-üstə düşüb. İnsanlar yolda olduğu vaxt sel maşınları aparıb və faciəyə yol açıb. Ölənlərin də çoxu məhz avtomobildəkilər olub.
Britaniyanın Ridinq Universitetinin professoru Hanna Klokun fikrincə, bu faciənin miqyasını çox sadə yolla aradan qaldırmaq mümkün olardı. Əgər həmin günü əhalinin işdən 2 saat əvvəl çıxaraq evlərinə qayıtması təmin edilsəydi, faciənin miqdarı qat-qat az ola bilərdi. Öz evlərində ölən insanların sayı maşında ölənlərdən qat-qat çoxdur. İctimai nəqliyyatda da zərərçəkənlər az olub. İndi mobil telefonlara ani mesaj göndərmək üçün bir neçə dəqiqə kifayətdir. 30 il əvvələdək bu iş radio vasitəsi ilə həyata keçirilirdi və hamı üçün əlçatan deyildi.
Bu fakt bir daha tıxacların yaratdığı riski göz önünə qoyur.
İspaniya ilə bizim bir oxşar cəhətimiz də iş vaxtlarının konkret olmamasıdır. Berlin və ya Parisdə saat 22.00-da işləyən marketə rast gəlmək mümkün olmadığı halda, Madriddə bu saatda işləyən bank tapmaq adi haldır.
Vüqar
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT










