1920-ci illərin xəritəsi: Bakı və İrəvan masaya hansı atlasla oturur?

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bildirib ki, Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiya prosesinin hansı xəritəyə əsasən aparılması ilə bağlı hələlik razılıq yoxdur.
Lakin qeyd edib ki, xəritənin müəyyənləşməsi üzərində üçtərəfli işçi qrupu müzakirə aparır.
Qriqoryanın açıqlamasında diqqət çəkən əsas məqam 1920-ci illərin xəritəsinə istinad etməsidir. Ermənistan mediası sərhədin 20-ci ilin xəritələri əsasında aparılacağını yazmışdı. Qriqoryan bu informasiyanı təsdiqləmir, lakin əlavə edir ki, “Ermənistan və Azərbaycan SSR arasında sərhədin demarkasiyası prosesi məhz 20-ci illərdə başladı və sonrakı xəritələr də o illərin məlumatlarına əsasən tərtib olunub”. Və dərhal qeyd edir ki, 20-ci illərin xəritələrinin tamamilə Ermənistanın maraqlarına zidd olduğu fikri ilə razı deyil.
Qriqoryanın açıqlaması Bakının 1920-ci illərin xəritələrinin əsas götürülməsi istəyində olduğundan xəbər verir.
Hərçənd, 1920-ci illərin xəritələrində Bakı və İrəvanın fərqli yanaşması olduğu istisna deyil:
- Ermənistan 1926-1929-cu ilin xəritələrinə əsasən delimitasiyasının aparılması istəyir: bu illərdə Azərbaycan SSR-nin otlaq və əkin sahələri böyük ölçüdə Ermənistan SSR-yə verilib;
- Azərbaycan məhz 1921-cı ildə mövcud olan xəritə əsasında aparılması istəyir: bu, Ermənistan SSR-yə otlaq sahəsi kimi verilən ərazilərin da qaytarılması ilə nəticələnə bilər;
Söhbət hansı ərazilərdən gedir?
Bununla bağlı müxtəlif mənbələrə əsaslanan materiallar mövcuddur. Misal üçün, 1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyəti Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin torpaq sahələrinin bir hissəsi Ermənistan SSR-yə verilib: Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qorçevan kəndi, həmçinin, Kilit kəndinin əkin və otlaq sahələri; nəticədə Naxçıvanın ərazisi 5988 kvadrat kilometr azaldı;
Bu, Türkiyə və Rusiya arasında 1921-ci ildə imzalanan Moskva və Qars müqaviləsinə də ziddir.
Sərhədlərin delimitasiyası 1921-ci ilin əsasında aparılarsa, Ermənistana qanunsuz verilən əkin və otlaq sahələrinin qaytarılmasına nail ola bilər və bu, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin bir qismi Azərbaycan sərhədlərinə daxil ediləcək.
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO










