50 manat verməyən şagirdlər liseyə buraxılmır?

Sosial şəbəkələrdə Bakıda Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddialar yayılıb. Bildirilir ki, direktor Kəmalə Mirzoyevanın tapşırığına əsasən, məktəblilərə xəbərdarlıq edilib ki, həmin məbləğdə pulu gətirməyəcəkləri təqdirdə məktəbə buraxılmayacaqlar. Pulun hansı məqsədlə yığıldığı məlum deyil.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən “Qafqazinfo”ya bildirildi ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı hazırda müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
Qeyd edək ki, Texniki-Humanitar lisey Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












