8 Noyabr prospektində işlər hansı mərhələdədir? - VİDEO

Əsaslı şəkildə yenidən qurulan 8 Noyabr prospektində işlər artıq yekunlaşmaq üzrədir.
Avtosfer.az-ın məlumatına görə, Ağ şəhərdən başlayaraq Zığ dairəsinə qədər olan hissədə asfaltlanma işləri tam şəkildə bitmiş hesab edilir. Hazırda prospekt və ətrafında abadlıq-quruculuq işləri aparılır.
Bütövlükdə sözügedən yolda avtomobillərin maneəsiz və sürətli hərəkəti üçün infrastruktur qurulur. Həmçinin burada velozolaq, avtobuslar üçün zolaq da nəzərdə tutulub. Piyada təhlükəsizliyinə də xüsusi diqqət yetirilir. Yaxın vaxtlarda prospekt tam fərqli bir görünüşlə həm piyadaların, həm də sürücülərin ixtiyarına veriləcək.
Xatırladaq ki, 8 Noyabr prospekti 8 zolaqlı hərəkət hissəsinə malikdir. Burada son tamamlanma işləri yaxın günlərdə tam yekunlaşacaq.
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI












