Abşeronda taksi sürücüsü əcnəbilərə qarşı soyğunçuluq edib - FOTO - VİDEO

Abşeron rayonu Mehdiabad qəsəbəsində xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edən taksi sürücüsü saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, taksi şirkətlərinin birində sürücü işləyən paytaxt sakini Fərid Əsgərov müştərisinə qarşı soyğunçuluq edib.
O, şirkət tərəfindən göndərilən sifarişi qəbul edərək xarici ölkə vətəndaşı olan müştərini maşına əyləşdirərək qeyd edilən ünvana aparıb. Fərid Əsgərov yolda müştərinin 2 ədəd “İphone” markalı telefonunu, pulunu, sənədlərini götürərək hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin sürücü saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı soyğunçuluq yolu ilə ələ keçirdiyi əşyalar və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib.
"Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Fərid Əsgərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.

Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI











