ADSEA Qaxda sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlərə başlayıb - FOTO

Qaxda rayon ərazisindən axan dağ çaylarında payız yağışları ilə əlaqədar olaraq suların yarada biləcəyi sel və daşqın hallarının qarşısının alınması məqsədilə mühafizə tədbirləri görülür. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Şimal-qərb bürosuna Azəraycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, idarə tərəfindən hazırda rayon ərazisindən keçən Zərnə, Ləkit, Qum və Kürmük çaylarında qabaqlayıcı tədbirlərə başlanılıb. Kürmük çayı rayonun ən bolsulu və dağıdıcı çayı olduğundan çayın sağ və sol sahilində qabion dambaların qurulması, daş beton bəndlərin təmir tikinti işləri mütəmadi olaraq davam etdilir. İndiyədək bütün çaylarda sahil bərkitmə və məcra təmizlənmə işlərinin 80 %-i tamamlanıb. Bundan başqa, sel təhlükəli ərazilərdə daş beton bəndlərin təmir tikintisi və qabion bəndlərin qurulması işləri eynilə davam etdiriləcək. Bu istiqamətdə 9 ay ərzində 340 min kubmetrdən artıq məcra təmizləmə işləri həyata keçirilib.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO















