Aeroportda taksilərlə bağlı yeni qayda – Agentlik araşdırır

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi nəqliyyat növü ilə sərnişindaşımalar üzrə yeni qaydaların tətbiqi ilə bağlı təhlillər aparır.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlikdən APA-ya məlumat verilib.
Qeyd edilib ki, rəqabət qanunvericiliyinə əməl edilməsi üzrə dövlət nəzarət tədbirləri, o cümlədən araşdırma və yoxlamaların aparılmasının əsas prosedurları Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində təsbit edilib:
“Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən məsələ ilə bağlı aidiyyəti bazar subyektləri ilə görüşlər keçirilərək məsələnin hüquqi və iqtisadi tərəfləri müzakirə edilir. Eyni zamanda digər sahəvi qanunvericilik aktlarında təsbit olunan və beynəlxalq təcrübədə mövcud olan normalar təhlil edilir. Bu istiqamətdə rəqabət orqanının apardığı təhlillər bazar subyektlərinin davranışlarının dinamik tənzimləmə çərçivəsində formalaşdırılmasına və istehlakçı hüquqlarının qorunmasına istiqamətlənib”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişindaşımaların həyata keçirilməsi ilə bağlı yeni qaydalar qəbul edilib. Nəticədə hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir. Taksi operatorlarının mobil tətbiqlərində hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb. Bu kateqoriya üzrə qiymətlər isə çox yüksək həddədir. Belə ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir. Qiymətlərin belə olması isə, vətəndaşların ciddi narazılığına səbəb olub.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











