“Ailəm yalnız 10 min dollar ödəyəcək” - Çinə qəbul alan Nilufər - VİDEO

Son illərdə təhsil üçün Çinə üz tutan gənclərin sayı artır. Onlardan biri də Abşeron rayonunun Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürovadır.
Avtosfer.az xəbər verir ki, “ATV xəbər” dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay universitetinə tam təqaüdlə qəbul alan həmin şagirdlə həmsöhbət olub.
Adıçəkilən universitetin “İnteraktiv media və biznes” ixtisasına qəbul alan Nilufər bildirib ki, seçiminin səbəbi Çinin inkişaf etmiş ölkə olmasıdır: “Ailəmlə universitet seçimi edəndə gördük ki, Çin ən inkişaf etmiş ölkələrdən biridir. Həmçinin NYU Şanxay universitetində bütün xarici tələbələrə çin dili öyrədilir. Fikirləşdim ki, gələcəkdə bu, mənim üçün fürsət olar”.
N.Şükürova həmçinin qeyd edib ki, onun təqaüdü 82 000 ABŞ dolları məbləğindədir: “Təhsilhaqqı, yataqxana, tibbi-sığorta kimi xərclərim 82 min dollar (139 min 400 manat) edir. Mənim təqaüdüm isə 72 min dollara (122 min 421 manat) yaxın məbləğdir. Bu isə o deməkdir ki, 82 min dollardan 72 min dolları universitet tərəfindən qarşılanacaq. Mənə qalan isə yalnız 10 min dollardır. Hər il ailəm universitetə 10 min dollar (17 min AZN) ödəyəcək”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024/2025-ci tədris ilində 72 Azərbaycan vətəndaşı dövlət xətti ilə Çində təhsil alır.
Daha ətraflı videomaterialda:
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












