“Airbus” III rübü 404 mln. avroluq xalis mənfəətlə başa vurub

Avropanın aerokosmik korporasiyası “Airbus SE” bu ilin III rübünü bir il əvvəlki 767 mln. avro xalis zərərə qarşı 404 mln. avro xalis mənfəətlə başa vurub.
Bu barədə korporasiyanın maliyyə hesabatında deyilir.
Bununla yanaşı, korporasiyanın hesabat dövründəki gəlirləri 6% azalaraq 10,52 mlrd. avro təşkil edib. Bu, müştərilərə təhvil verilmiş təyyarələrin sayının bir il əvvəlki 145 vahiddən 127-dək azalması ilə əlaqədardır.
Şirkətin daha əhəmiyyətli göstərici hesab etdiyi faiz və vergilərdən əvvəl korrektə edilmiş mənfəəti (EBIT) III rübdə 19% azalaraq 666 mln. avroya düşüb.
“Airbus” bu il müştərilərə 600 təyyarənin çatdırılmasını planlaşdırır.
Xatırladaq ki, “Airbus” dünyanın ən böyük aerokosmik və müdafiə sənayesi şirkətlərindən biridir. Şirkət sərnişin təyyarələrinin istehsalı ilə məşğul olan “Airbus SAS”, “Defence and Space” və “Airbus Helicopters” bölmələrindən ibarətdir.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












