Alim: “Mutasiya koronavirusun zəifləməsinə gətirib çıxarır”

“Yeni növ koronavirusun mutasiyaları uzunmüddətli perspektivdə onun zəifləməsinə gətirib çıxarır”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu koronavirusun mutasiyalarını təhlil edən beynəlxalq alimlər qrupuna rəhbərlik edən Roma Biotibbi Universitetinin Epidemioloji statistika şöbəsinin müdiri Massimo Çikkotsi “La Stampa” qəzetinə açıqlamasında deyib.
Bildirilib ki, təkcə İtaliyada koronavirusun 13 mutasiyası qeydə alınıb. Onlar yoluxmanın artmasına səbəb ola bilər, lakin patogenliyə təsir etmir.
“Ştamma görə yoluxma dərəcəsi dəyişsə də, bu günə qədər onun orqanizmin daxilindəki davranışında və ötürülmə üslubunda fərqlilik müşahidə olunmayıb. Hər bir mutasiya immunitet sistemi tərəfindən diktə edilir. Başqa sözlə, virus orqanizmə uyğunlaşaraq antikorları aldatmağa çalışır, amma virus nə qədər çox mutasiyaya uğrayırsa, bir o qədər sürətlə gücünü itirir və nəticədə yox olur. Bunun üçün yalnız vaxt lazımdır, amma nə qədər vaxt, bax, bunu bilmirik”, - mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, mutasiya, o cümlədən “Britaniya” ştammı peyvəndlərin effektivliyini təsir etmir.
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan












