Almaniyada avtoyuma açmaq istəyən azərbaycanlıya elə şərt qoyuldu ki…

Almaniyada yaşayan Orxan Atabay çox maraqlı bir məsələ haqda məlumat yayıb.
Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, o, hazırda yaşadığı şəhərdə avtoyuma məntəqəsinin olmamasından istifadə etmək istəyib:
“Qaldığım şəhərdə avtoyuma yoxdur. Millət 10 km yol qət edib, qonşu şəhərə gedir-gəlir. Beynimdə dərhal azərbaycansayağı plan canlandı: Aşağıda robot-yuma, üstündə də qəşəng bir pizza-kofe yeri. Bunun tutmama şansı yoxdur, hələ üstəlik pulun bir hissəsini də hökumət (kredit və ya qrantla) verir. Qaldı planlama yazmaq, yer tapmaq, bələdiyyədən sənəd almaq. Söhbətə girdim, peşman oldum. Deməli, Almaniyada şampunlu, qumlu, yağlı suyu kanalizasiyaya tökmək qəti qadağandır. Avtoyuma tikmək üçün gərək azı 3 metr yer qazıb, altında bir böyük odam (hovuz) tikəsən. Odamı elə bağlamalısan ki, üstündən tank keçsə də, çökməsin. Yuyulan maşından axan çirkli su ora yığılmalıdır. Qıraqda da çirkli suyu dartıb təmizləyib təzədən istifadəyə yararlı edən balaca bir “zavod” tikməlisən. Pizza-kofe üçün beynimdə ayırdığım yerdə bir də böyük su çəni tikməliyəm. Sistemin məntiqi belədir: tutaq ki, 100 ton su alıram, həmin su ömür boyu o odamla çən arasında dövr edir. Kənara bir damcı da çirkli su çıxa bilməz. Almaniyada hara baxırsan çaydır, göldür, bataqlıqdır. 20-30 km yol gedirsən, 3-4 dənə enli çayın üstündən keçirsən. Su boldur, amma adamlar o şirin suyun hər damcısını qorumaq üçün bu qədər qanun kəşf ediblər. İkincisi, şampunlu su kanalizasiyadan sızıb yeraltı sulara, oradan da çaylara qarışa bilər. Qırmızı xətdir, olmaz. Almanlar hesab edirlər ki, meşə, su, torpaq kimi təbii resursları necə qəbul ediblərsə, gələcək nəsilə eləcə təmiz və məhv etmədən ötürməlidirlər. O üzdən bu qanun tək avtoyumalara deyil, bütün zavod və fabriklərə tətbiq edilir”, – o bildirib.
Qəzaların tez-tez baş verdiyi yol - Nə nişan var, nə də işıqfor - VİDEO
“Epşteyn sənədləri” müəyyən vəzifələrdəki şəxsləri postundan “vurmaq” üçün ortaya atılır - POLİTOLOQ
Paytaxtın bu yollarında tıxac var - SİYAHI
Bakıda tramvaylar niyə ləğv edilmişdi?
Bu ərazidə yolun bir hissəsi qazılıb, nişan yerinə isə daş qoyulub - VİDEO
“Epşteyn sənədləri”ndə Elmar Məmmədyarovun da adı var - DETALLAR
Əhali arasında yayılan respirator virus nədir? - İnfeksionistdən AÇIQLAMA
Avtobuslarda gedişhaqqı ucuzlaşa bilərmi? - SƏBƏB
Bakıda tramvay nəqliyyatının bərpası şəhərdə tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
"Atılan bütün addımlar tıxacın aradan qaldırılması məqsədi daşıyır" - AÇIQLAMA
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO










