Altı YDM şəbəkəsi 936 milyon cərimələndi - Yanacağın ...

İtaliyada fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinə ümumilikdə 936 milyon avrodan çox cərimə tətbiq olunub. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Rəqabət Təşkilatı (“Antitrust”) məlumat yayıb. Bildirilir ki, araşdırma zamanı “Eni”, “Esso”, “IP”, “Q8”, “Saras” və “Tamoil” YDM şəbəkələrinin yanacağın qiymətinə daxil olan bioəsaslı komponentin dəyərini müəyyən etmək üçün birgə koordinasiya etdikləri məlum olub. Belə ki, “Iplom” və “Repsol” YDM şəbəkələri istisna olmaqla, digər bütün şəbəkələr avtomobil yanacağının satışında rəqabəti məhdudlaşdıran birgə müqavilə bağlayıblar. “Antitrust” “Eni”ni 336,2 milyon avro, “Esso”nu 129,3 milyon, “IP”ini 163,6 milyon, “Q8”i 172,5 milyon, “Saras”ı 43,7 milyon və “Tamoil”i isə 91 milyon avro cərimələyib.
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO












