“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il, saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.
Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də, Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.
Qeyd olunanları nəzərə alaraq, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin iş saatlarında dəyişiklik edilib.
Müvafiq dəyişikliyə əsasən, 14 dekabr tarixindən 30 dekabr tarixinədək Bakı şəhərində yerləşən bütün “ASAN xidmət” və “ASAN Kommunal”, həmçinin, Sumqayıt və Gəncə regional “ASAN xidmət” mərkəzləri saat 18:00-dək, digər regional mərkəzlər isə 17:00-dək fəaliyyət göstərəcək.
Həmçinin, xatırladaq ki, koronavirusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












