ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) sədr müavinləri vəzifəsindən azad olunub. Avtosfer.az “Demokrat.az”a istinadən xəbər verir ki, müvafiq əmrlə Nəzrəddin Murad oğlu Əhmədzadə və Mirzəyev Tariyel Taleh oğlu vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, N.Əhmədzadə 1982-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. O, 2014-cü ildə Prezidentin sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini təyin edilib. Tariyel Mirzəyev 1986-cı ildə anadan olub. O, ASCO-nun 2022-ci ilin sentyabr ayında strateji inkişaf və investisiya layihələri departamentinin rəisi vəzifəsindən azad olunaraq sədr müavini vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, bu ilin yanvar ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev vəzifəsindən azad olunaraq, yerinə Əfqan Süleyman oğlu Cəlilov təyin olunub.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












