ASCO “Rəsul Rza” gəmisini əsaslı təmirdən sonra istismara qaytarıb

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) beynəlxalq sularda üzən “Rəsul Rza” quru yük gəmisinin əsaslı təmiri başa çatıb.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi qardaş Türkiyənin Tuzla şəhərində yerləşən “Gisan” tərsanəsində həyata keçirilib.
İşlər çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, nasoslar və digər mexanizmləri yenidən baxışdan keçirilib. Bununla yanaşı, boru və elektrik sistemlərinin quraşdırılması, avtomatika və gövdə qaynaq işləri icra olunub.
Gəminin sualtı və suüstü hissələri abraziv qumla təmizlənərək yenidən boyanıb. Yaşayış və xidməti otaqlar tam şəkildə təmir edilərək müasir tələblərə uyğunlaşdırılıb. Yük anbarları da təmizlənib və rənglənib.
Bundan əlavə, xilasetmə vasitələri və yanğın avadanlıqları üzrə müvafiq texniki müayinələr aparılıb.
Təmir işləri tamamlandıqdan sonra “Rəsul Rza” gəmisi bütün texniki yoxlamalardan uğurla keçib və istismara verilib. Hazırda gəmi növbəti səfərinə hazırlaşır.
Qeyd edək ki, “Rəsul Rza” 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Gəminin uzunluğu 108,33 metr, eni 16,74 metr, yükgötürmə qabiliyyəti isə 5200 tondur.
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib












