"Atılan bütün addımlar tıxacın aradan qaldırılması məqsədi daşıyır" - AÇIQLAMA

Məlum olduğu kimi, Bakıda qeydiyyatdan keçən sürücülər Sumqayıtda, Sumqayıtda qeydiyyatda olanlar isə Bakıda sərnişin götürə bilmirlər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün yeni qaydalar narazılığa səbəb olub. Qiymətlər isə bir neçə dəfə artıb. Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Ölkə.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, burada əsas məsələ tıxacın və sıxlığın qarşısının alınmasıdır.
Onun sözlərinə görə, hazırda şəhərdə tıxacdan ciddi şəkildə əziyyət çəkirik:
"Atılan bütün addımlar istər velosiped zolaqlarının salınması, istər avtobus zolaqları, yeni piyada keçidlərinin yaradılması və digər tədbirlər ümumi tıxacın aradan qaldırılması məqsədi daşıyır. Bəziləri bunun taksilərlə əlaqəsini soruşur. Ümumiyyətlə, böyük şəhərlərdə taksilərin sayına məhdudiyyət qoyulur. İslahatlardan əvvəl 70 mindən çox taksi var idi, indi isə bu rəqəm təxminən 30 mindən bir qədər çoxdur. Üstəlik, 25 min civarında kvota müəyyən edilib, yəni taksilərin sayı yarıdan çox azaldılıb. Bu normaldır və belə də olmalıdır. Çünki şəhər mühitində minik avtomobillərindən istifadə mümkün qədər məhdudlaşdırılır. Əsas sıxlığı yaradan da məhz bu minik avtomobilləridir".
Nəqliyyat eksperti onu da qeyd edib ki, ictimai nəqliyyatın - avtobusların, metronun, tramvayların və mikromobillik vasitələrinin təşviqi və işinin optimallaşdırılması tıxacın aradan qaldırılması üçün atılan əsas addımlardandır:
"Taksilərə tətbiq olunan məhdudiyyətlər bəzən tam anlaşılmır. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitəsi harada qeydiyyatdan keçibsə, əsasən həmin ərazidə fəaliyyət göstərməlidir. Geniş baxış bucağından yanaşdıqda, taksilərin və ümumilikdə minik avtomobillərinin məhdudlaşdırılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Əlbəttə, zəruri hallarda məsələn, xəstə daşınarkən və ya yük olduqda bu nəqliyyat vasitələrindən istifadə qaçılmazdır. Amma hər gün işə gedib-gəlmək və ya adi gündəlik işlər üçün taksidən istifadə tıxacın və sıxlığın artmasına çox ciddi təsir göstərir".
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












