Avro və rubl bahalaşdı, manat dəyişdi: “Devalvasiya ...”

Azərbaycan Mərkəzi Bankı yanvarın 21-nə olan valyuta məzənnələrini açıqlayıb. ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb. Türkiyə lirəsi 0,0393 manat təşkil edib. Avro 1,9821 manata, Rusiyanın 100 rublu isə 2,1870 manata qədər bahalaşıb.
Avtosfer.az xəbər verir ki, qtisadçı-ekspert Rəşad Həsənov Azxeber.com-a açıqlamasında bildirib ki, Azərbaycan manatının sabitliyi əsasən yalnız ABŞ dollarına münasibətdə qorunur:
"ABŞ dollarının digər valyutalara qarşı məzənnəsinin dəyişməsi avtomatik olaraq manatın da avro, rubl və digər valyutalara münasibətdə qiymətinin dəyişməsinə səbəb olur. Yəni manat bütün xarici valyutalara qarşı sabit deyil. Müxtəlif dövrlər üzrə baxdıqda görürük ki, manat digər valyutalara qarşı bəzən ucuzlaşır, bəzən isə bahalaşır”.
Ekspertin sözlərinə görə, buna iki əsas amil təsir edir:
"Birincisi, ABŞ dollarının beynəlxalq bazarlarda dəyər qazanması və ya itirməsi ilə bağlı konjunkturdur. İkincisi isə digər ölkələrdə baş verən iqtisadi proseslərin həmin valyutaların məzənnəsinə təsiridir. Hazırda ABŞ-nin xarici iqtisadi siyasəti, ticarət müharibələri, qlobal qeyri-müəyyənliklər və beynəlxalq hüququn zəifləməsi dollarda müəyyən dəyərsizləşmə meylləri yaradır. Davos İqtisadi Forumunda aparılan müzakirələr və ABŞ-də Federal Ehtiyat Sistemi ətrafında baş verən dəyişikliklər də bu tendensiyanı gücləndirir”.
R.Həsənov vurğulayıb ki, hazırkı dəyişiklikləri devalvasiya kimi qiymətləndirmək düzgün deyil:
"Dolların ucuzlaşması təbii olaraq avro və rublun bahalaşmasına səbəb olub. Bu isə manatın həmin valyutalara münasibətdə məzənnəsində dəyişiklik yaradıb. Lakin hazırda müşahidə olunan proseslər devalvasiya simptomları deyil, bazarın təbii dinamikası ilə bağlıdır”.
Ekspert əlavə edib ki, manatın məzənnəsinə həm müsbət, həm də mənfi faktorlar təsir göstərir:
"2026-cı ilin büdcəsində nominal artımın məhdud olması valyuta tələbinin nisbətən aşağı qalmasına şərait yarada bilər. Digər tərəfdən, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatlarının artması bazarda yaranan təzyiqləri yumşaldır. Əhalinin əlində olan valyutanın kütləvi şəkildə bazara çıxmaması da stabilliyi dəstəkləyən amillərdəndir”.
Bununla belə, Həsənov qeyd edib ki, uzunmüddətli risklər qalmaqdadır:
"Neftin qiyməti ilə bağlı vəziyyət proqnozlaşdırıla bilən deyil. Beynəlxalq maliyyə qurumları neftin ucuzlaşması ilə bağlı riskləri daha çox önə çəkirlər. Əgər uzun müddətdə neft qiymətləri düşərsə və eyni zamanda Azərbaycanın hasilat və gəlirləri azalarsa, hökumət müəyyən mərhələdə devalvasiya qərarı vermək məcburiyyətində qala bilər. Bu, uzunmüddətli perspektivdə qaçılmazdır”.
Ekspertin fikrincə, 2026-cı ildə kəskin şoklar baş verməzsə, hökumət manatın ABŞ dollarına qarşı sabitliyini qorumağa çalışacaq və mövcud status-kvo saxlanılacaq.
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı










